CAHAN: |
Buy, elə
bil ki, gədənin dəliliyi
var. Xalan sənə qurban, bircə
məni yaxşıca başa
sal görüm nə istəyirsən? |
ƏSGƏR: |
Ay xala, bura
bax! Əqlincə mənim neçə
yaşım var? |
CAHAN: |
Bu ramazan yox, gələn ramazan gəlib ötəndən
sonra sənin iyirmi səkkiz
yaşın tamam olacaqdır,
nəyin dərdin çəkirsən?
Sən ki, hələ uşaqsan!
Səni görüm yüz yaşayasan! |
ƏSGƏR: |
Çox, əcəb, axı nə qədər
uşaq olsam da, yenə də
ayaq üstə dura bilirəm
ki. |
(Vəli daxil olub öz
yerində dayanır).
|
CAHAN: |
Əlbəttə, dura bilirsən, allaha şükür,
sağ və salamat cavansan! |
ƏSGƏR: |
Yaxşı, indi bu sağ-salamat cavan bəs
neyləsin? Elə yeyib yatsın? |
CAHAN: |
Əsgər,
sən allah, gəl mənimlə
açıq danış ki,
mən başa düşüm.
Axı mən türkəsayaca
bir arvadam. Ərəb dilini nə
başa düşürəm,
xalan sənə qurban? |
ƏSGƏR: |
(kənara): Əşi,
daha utanmaq yeri deyildir ki? (Bərkdən)
Ay xala, bilirsən nə
var? Mən arvad almaq istəyirəm
ey, arvad, arvad! |
VƏLİ: |
Elə mən də bunu deyəcəkdim (hırıldayır). |
CAHAN: |
Buy, a xalan sənə qurban, belə de, mən
də başa düşüm,
daha bunun nə çək-çeviri
var ki? |
ƏSGƏR: |
Hə, bəs bunu bil ki, arvad almaq istəyirəm. |
CAHAN: |
Belə çox da yaxşı eləyirsən.
Xalan sənə qurban, allah o
günü eləsin ki, toyunda
oynayım. Bax, Əsgər,
xalan sənə qurban, gördün,
axırda gəldin mən deyənə.
Neçə vaxtdır sənə
deyirəm ki, Əsgər, gəl
evlən. Ev-eşik yiyəsi,
oğul-uşaq sahibi ol. Amma
nə fayda ki, sən qulaq asmırdın
deyə, mən də daha dinmirdim.
İndi görünür ki,
mən deyənə gəldin.
Əlbəttə, arvad al, toy
elə, dost sevinsin, düşmən
yansın! Bax, istəsən
elə günü bu güncə
gedərəm, sənə qız
axtararam. Rəhmətlik bacım
canı ağzından çıxana
kimi mənə deyirdi: «Cahan,
bax, Əsgəri sənə
tapşırıb gedirəm,
onu tək qoyma, evləndir».
(Ağlayır,
Vəli ah çəkir). |
ƏSGƏR: |
Əşi, daha
bura ağlamaq yeri deyildir ki,
qoy söhbət açmışıq,
görək axırı necə
olur? |
CAHAN: |
Xalan sənə
qurban, evlən! |
ƏSGƏR: |
Axı, nə sayaq evlənim? İş elə
burasındadır ki, evlənmək
asan iş deyildir. |
CAHAN: |
Xalan sənə qurban, evlənmək su içmək
kimi asan şeydir. Onda nə
çətinlik var ki? Ələlxüsus
sənin kimi cavan ki, allaha şükür,
həmi pulun var, həmi dövlətin
var, həmi cavansan. Vallah, lap
padşahın da qızını
istəsən sənə verərlər.
Bax, burada çox fikir lazım
deyil. Qoy elə bu güncə
çadramı başıma
salıb, gedim sənin üçün
qız bəyənib seçim.
Ya özün mənə de,
hansı bəyin və ya tacirin
qızını istəyirsən,
gedim sənə alım. |
ƏSGƏR: |
Axı mən nə bilirəm ki, hansı
bəyin və ya tacirin qızı
yaxşıdır? Mən ki
onları görməmişim. |
CAHAN: |
Buy, xalan sənə qurban, bəs mənim
gözlərim kordur? Vallah, gedərəm,
dolanaram, gözərəm, baxaram,
bəyənərəm, seçərəm,
sənə bir qız alaram,
bir qız alaram ki, adam baxanda
ağlı gedər. |
ƏSGƏR: |
(gülür).
Ay xala, bəs elə olsa ağlım
gedər dəli olaram ki. Sən
mənə bir yaxşı-yaxşı
söylə görüm mənim
üçün nə sayaq
qız alarsan? |
CAHAN: |
Deyim, qulaq as! (oxuyur). |
¹ 2. Cahanın mahnısı
və rəqs.
|
|
Çadramı sallam başıma
Üz
- gözümü bəzərəm;
Gedib sənə
qız axtarıb,
Hər
tərəfi gəzərəm.
(Oynayır)
Bəyin, xanın, ya tacirin
Qızlarını
düzərəm;
Çəməndəki
o güllərin
Ən
gözəlin üzərəm.
(Oynayır)
Xalan sənə
qurban ola,
Zəhmətinə
dözərəm,
Toyunda
da sənin, balam,
Bax, beləcə,
süzərəm.
(Oynayır).
|
|
|