~ Çap nəşrləri ~
~ Libretto ~

 

 

 
Ü.Hacıbəyov
Arşın mal alan
klavir
audio
video
GÜLÇÖHRƏ:  Görünür ki, sən subaysan?
ƏSGƏR:  Xalis subayam. Allahın bərəkətindən işim də çox yaxşı gedir. Bir parça çörəyim var, ac deyiləm.
GÜLÇÖHRƏ: Bəs nə üçün indiyə qədər evlənməyibsən?
ƏSGƏR: Nə sayaq evlənim? Görmədiyim qızı almaram, gördüyüm qızlardan da xoşüma gələn, ürəyimə yatan bir nəfərdir. Onu da mənə verməzlər.
GÜLÇÖHRƏ: Qız özü sənə gəlməzmi?
ƏSGƏR: Yəqin ki, gəlməz, çünki o bəy qızıdır.
GÜLÇÖHRƏ:  Sən əvvəlcə qızdan soruş, sonra de! Nə bilirsən gəlməz.
ƏSGƏR: Doğru buyurursan, xanım! Bəs elə isə, de görüm mənə gələrsənmi?
GÜLÇÖHRƏ: (təəccüb ilə). Kim, mən?
ƏSGƏR: Bəli, sən. Mənim xoşladığım qız bircə sənsən.
GÜLÇÖHRƏ: Mən elə bildim ki, özgə qızdır.
ƏSGƏR: Səndən başqa özgəsi ola bilməz.
GÜLÇÖHRƏ: Bəs sən məni bir kərə görməklə xoşladın?
ƏSGƏR:  Əlbəttə, xanım. Göz gördü, könül sevdi. Gözüm səni görən kimi qəlbim sevindiyindən çırpınmağa başladı.
GÜLÇÖHRƏ: (kənara). Vallah, mən də elə oldum.

 

¹ 9. Əsgərin və Gulçöhrənin dueti.

klavir
audio
ƏSGƏR:  Öyrənib pürfənd oldum.
Görənə rişxənd oldum.
Hər bir dərdə mən doldum – 2
Səni gördüm, bənd oldum.
Elə bənd oldum, elə bənd oldum,
Elə bənd oldum, dilbər.
Dura bilməm mən sənsiz.
GÜLÇÖHRƏ  Heç kəsi mən görməzdim – 2
Sirrimi söyləməzdim.
Nədir aşiq bilməzdim
Səni gördüm, bənd oldum,
Elə bənd oldum, elə bənd oldum.
Elə bənd oldum, dilbər,
Dura bəlməm mən sənsiz.
İKİSİ BİR ERDƏ Kömək etdi çün ol bəxt.
Gəldi çatdı axır vaxt.
Özümü bildim xoşbəxt,
Səni gördüm bənd oldum,
Elə bənd oldum, elə bənd oldum.

Elə bənd oldum, dilbər,
Dura bilməm mən sənsiz.
Elə bənd oldum, elə bən oldum,
Elə bənd oldum, dilbər,
Dura bilməm mən sənsiz.

ƏSGƏR:    Xanım, mən sənə yaraşan deyiləm.
GÜLÇÖHRƏ:  Bilmirəm, amma xoşlamışam.
ƏSGƏR:  Görünür ki, doğru deyiblər. Qəlb-qəlbi istər, xanım.
GÜLÇÖHRƏ:  Mənə xanım demə, adım Gülçöhrədir.
ƏSGƏR:  Gülçöhrə, bəs nə sayaq edək ki, atan səni mənə versin.
GÜLÇÖHRƏ:  Məni atamdan istə, verər, verər. Verməz mən özgəsinə ərə getmərəm.
ƏSGƏR:   Çox əcəb. Birdən atan səni güc ilə ərə verər?
GÜLÇÖHRƏ:  Güc ilə ərə getmərəm.
ƏSGƏR: Səni zor ilə qaçırarlar.
GÜLÇÖHRƏ: Özümü boğaram.
ƏSGƏR: Allah eləməsin. İndi ki, belə oldu, qoy bir yaxşı fikirləşim, görüm, bəlkə bir əlac taparam. İndi sən get evə. Yoxsa bizi görərlər, yaxşı olmaz. Xudahafiz.
GÜLÇÖHRƏ:  Xudahafiz, amma onu bil ki, sözüm sözdür (gedir).

 




  ©Copyright by Musigi Dunyasi