DÖRDÜNCÜ
PƏRDƏ
Əsgərin evi, yaxşı
bəzənmişdir.
|
|
ƏSGƏR: |
Biçarə
Gülçöhrənin başına
əngəllər açdım.
İndi yazıq qız elə bilir
ki, doğrudan da onu özgəsinə
ərə verirlər. Amma əcəb
sözü üstə dayanan qızdır.
Xoşluq ilə ərə getməyə
razı olmadı. Odur ki, atasının
təvəqqəsinə görə
adam göndərmişəm ki, götürüb
qaçsınlar. Zərər yoxdur.
Bir iki saatdan sonra kələyimin
üstü açılar, onda qız
da sevinər. Mən də sevinərəm,
atası da sevinər. Amma ürəyim
çox bərk tələsir, istəyirəm
ki, qızı tez gətirsinlər
ki, yazıq daha artıq əziyyət
çəkməsin. Amma qəribə
iş gördüm ha. Evlənmədim,
evlənmədim, axırda bu kələk
ilə evləndim, heç pis eləmədim,
yaxşı elədim. Allah Süleymanın
atasına rəhmət eləsin,
əcəb şey öyrətdi.
İndi heç olmazsa gördüyüm,
bəyəndiyim qızı alıram,
qız da məni sevir. Qərəz,
gedim görüm xalam dediklrimi düzəldibdirmi?
|
(Gedir.
Bir azdan sonra bir neçə nəfər
Gülçöhrəni içəri
gətirirlər və qapını
örtüb gedirlər.
Gülçöhrə
bərkdən ağlaya-ağlaya
taxtın üstünə yıxılır).
|
|
GÜLÇÖHRƏ: |
Ax! Bu nə əzabdır mən çəkirəm!
Məni güc ilə, zor ilə
ərə verirlər, bilmirəm
kimə verirlər, məni sevdiyimdən
ayırırlar. İstəmirəm
mən bu dövləti, bu dəstgahı,
mən öz sevdiyimi istəyirəm. |
(Üzünü
tutub ağlayır, oxuyur).
¹ 20. Gülçöhrənin
naləsi.
|
|
Hicran
dərdi, fələk verdi – 2
Bunca cəfanı
layiq gördü – 2
Yoxdur
taqət səbrə halət, – 2
Ölmək
yaxşıdır nə ki, bu zillət
– 2
Ey xuda
rəhm et, ey xuda rəhm et,
Qıl
mədəd yarəb, mən yazığa
rəhm et.
Ey xuda
rəhm et, ey xuda rəhm et,
Qıl
mədəd yarəb, mən yazığa
rəhm et. |
|
Yox, mən
bu hala davam edə bilmərəm.
Daha məndə tab və taqət
yoxdur. Hamısından yaxşısı
budur ki, bir kərəlik özümü
boğum, öldürüm. Canım
qurtarsın. |
(dəsmalını
açıb burur ki, özünü
boğsun, bu əsnada arşın
malçının səsini eşidib
təəccüblə qulaq asır,
Əsgər
içəri girir).
|
III GƏLİŞ
Gülçöhrə
və Əsgər.
|
GÜLÇÖHRƏ: |
(təəccüb
ilə baxır). Sənsən,
yoxsa özgədir? |
ƏSGƏR: |
Mənəm,
mənəm, Gülçöhrə,
arxayın ol! |
GÜLÇÖHRƏ: |
(ağlayır).
Görürsən mənim başıma
nə işlər gətirirlər?
Bir qədər gec gəlsə idin
özümü öldürmüşdüm.
Sən bura nə sayaq gəldin? Səni
burada görsələr öldürərlər.
Mümkün var isə gəl tez
qaçaq! |
ƏSGƏR: |
(gülür).
Hara qaçaq öz evimizdən? |
GÜLÇÖHRƏ: |
(heyrət
ilə). Nə danışırsan,
bura kimin evidir? |
ƏSGƏR: |
Bura mənim
evimdir, indi də olacaq bizim evimiz. |
GÜLÇÖHRƏ: |
Heç
başa düşmürəm. Nə
danışırsan? Məni kim götürüb
qaçıb? |
ƏSGƏR: |
Mən
göndərdiyim adamlar. |
GÜLÇÖHRƏ: |
Bəs
mən elə bildim ki, atam verdiyi
tacirin adamları götürüb
qaçdılar. |
ƏSGƏR: |
Əlbəttə, elədir. |
|