¹ 4. Mahnı və
rəqslər.
(Süleyman, Cahan, Vəli).
|
|
Öyrən bu kələyi,
get arvad al, tez toy elə,
Bil kim düşməyəcək,
böylə kələk bir
də ələ.
Amma bax unutma sən,
unutma sən, bizləri sən,
Görəndə
qaşı qara, gözü
qara qızları sən. |
(Əsgərdən
başqa)
|
HAMI: |
Amma bax unutma sən, unutma sən, bizləri
sən,
Görəndə
qaşı qara, gözü
qara qızları sən.
|
(Oynayırlar)
|
CAHAN: |
O gün ola balam,
toy edəsən, qız alasan,
Evlənmək işini
aramıza dəb salasan
Bizə də sən
qur kələk, sən qur kələk, sən
qur kələk;
Bəlkə biz də
gün görək, bir gün
görək, bir gün görək. |
HAMI: |
Bizə də sən
qur kələk, sən qur kələk,
sən qur kələk;
Bəlkə biz də
gün görək, bir gün
görək, bir gün görək. |
(Oynayırlar).
|
VƏLİ: |
Düş bazar, şəhərə
sat arşın mal, Əsgər
ağa
Axtar, bax, qızı
tap, tez arvad al, Əsgər ağa.
Dərdinə tapdın
əlac, tapdın əlac, tapdın
əlac,
Bizə də tez
bir yol aç, tez bir yol aç,
tez bir yol aç. |
HAMI: |
Dərdinə tapdın
əlac, tapdın əlac, tapdın
əlac,
Bizə də tez
bir yol aç, tez bir yol aç,
tez bir yol aç. |
(Oynayırlar)
|
P Ə R D Ə
|
|
|