|
ƏSGƏR: |
Sözün doğrusu,
bundan yaxşı qız görmədim
və ola bilsin ki, görməyim
də. Gəl, Əsgər, ya qismət
de, bunu al... Soltan bəy məni görməyibdirsə,
adımı eşidibdir, bilir ki,
dövlətli tacir oğlanam. Yəqin
qızı istəsəm verər.
İndi görəsən qız
bilsə ki, mən doğrudan da arşın
mal satanam, mənə gələrmi?
Qızı bilmirəm, amma Soltan
bəy bilsə ki, mən arşın
mal satanam, min il də qalsa qızını
mənə verməz. Allahın altında
qız bir də çıxa idi,
yenə görə idim, danışdıra
idim. Bir dəli şeytan deyir ki,
bir yerdə gizlən, gözlə,
bəlkə qız çıxa.
Deyəsən gələn var, gizlənim,
görüm kimdir (gizlənir). |
(Gülçöhrə
çıxır).
|
|
Gülçöhrə
və Əsgər (gizlənmişdir).
|
GÜLÇÖHRƏ: |
Asya demişkən, arşın malçının
sir-sifəti yaxşı idi. İndi
Asyaya desən ki, gəl səni ona
ərə verək, bir həşir
qatar ki. Deyər, mən arşın
malçının tayıyam? Amma məncə,
arşın malçılıq
pis iş deyil. O da taçir kimi
bir şeydir, vallah, atam razı olsa,
mən ona ərə gedərəm,
çünki nə sayaq olsa da üzünü
görmüşəm, bilirəm
ki, şil deyil, kor deyil, keçəl
deyil... Sifəti də xoşuma gəldi,
üzü nəcib adamın üzünə
oxşayır. Vallah, onu qəşəng
geyindirəsən, bir oğlan çıxar
ki, bəy balası kimi. Mənə
deyir ki, yəqin sənin əlin
bərəkətlidir, özü
də elə baxırdı ki, guya
tək məni görürdü.
Bir də görsə idim, yaxşıca
diqqət edərdim. Ah, gör nə
danışıram, kim bilir, bəlkə
onun arvadı, uşağı var. |
ƏSGƏR |
(çıxır): Bağışla xanım. |
GÜLÇÖHRƏ |
(diksinir): Oy, qorxdum... |
ƏSGƏR: |
Qorxma xanım, deyəsən mən arşınımı
burda qoyub getmişəm (əlindəki
arşını gizlədir). |
GÜLÇÖHRƏ: |
Olsa burada qalardı (axtarırlar). |
ƏSGƏR: |
Zərər yoxdur, evdə ayrı arşınım var. |
GÜLÇÖHRƏ |
(kənara): Yenə o sayaq baxır, gözü-gözümə
sataşanda, elə bil ki, ildırım
kimi məni vurur. |
ƏSGƏR: |
Xanım, allahın altında Soltan bəyin
sənin kimi on iki qızı olaydı. |
GÜLÇÖHRƏ: |
Yəni nə demək istəyirsiniz? |
ƏSGƏR: |
Onu demək istəyirəm ki, bir qızını bəyə,
birini xana, birini tacirə, birini mollaya,
birini seyidə verib, axırda birini
də mənə verə idi. |
GÜLÇÖHRƏ: |
Nə olar ki?.. |
ƏSGƏR: |
Amma yox, verməz. Əlbəttə,
verməz. O bir bəy adamdır.
Amma mən arşın malçı.
O mənə qız verməz... Və
bir də, versə də qız gəlməz. |
|