SÜLEYMAN: |
Bəy, gərək uşaq
olmasın. Amma onu bil ki, Əsgər
özgə adamdır. Bəy, o sayaq
oğlanın qohumluğu sənin
üçün hər bir barədə
yaxşı olar. |
SOLTAN BƏY: |
Sən orasını, Süleyman, doğru deyirsən, həqiqət
tacir tayfası mənim xoşuma
gəlir. Yoxsa bu incinar-mincinar, doktor-moktor,
vəkil-məkil, uçitel-muçitellər
ilə mənim işim olmaz və
xoşuma da gəlməzlər. Ancaq
burası var ki, Əsgəri mən
görməmişəm. Hərçənd
bilirəm atası yaxşı kişi
idi və dövləti də çox
idi, ancaq bəzi vaxt yaxşı
kişinin pis övladı olur. |
SÜLEYMAN: |
Xeyir, bəy, Əsgər
çox gözəl oğlandır.
Çox ağıllı, yaraşıqlı
və çox da şüurlu oğlandır.
O barədə təvəqqə
edirəm ki, mənə etibar edib
sözümə inanasan, hərgah,
allah eləməmiş, Əsgər
pis adam olsa idi, mən sənin qapına
gəlib, qızını ona istərdimmi? |
SOLTAN BƏY: |
Elə isə allah xeyir versin, razıyam. |
SÜLEYMAN: |
(əl verir).
Allah xeyir versin, hər ikisi
xoşbəxt olsun. Oğul-uşaq
sahibi olsunlar. |
SOLTAN BƏY: |
İndi buyur da! Buyur gedək
o biri otağa, çaydan-zaddan
içək, söhbətimizi
də orada edək
|
(durub
o biri otağa gedirlər).
|
(Asya
içəri girir).
|
|
ASYA: |
Vallah, heç belə
gözəl oğlan ömrümdə
gərməmişəm. Qoy indi də
bu qapının deşiyindən
baxım (Əyilib qapının
deşiyindən baxır). Mən
də bu oğlana bənd olacağam.
Daha nə qayırım? Gülçöhrə
bazarın gədəsinə bənd
olanda, mən niyə bəy balası
kimi bir cavana bənd olmayım? Elə
olaram ki, hələ Gülçöhrəni
də ötərəm. Uf, həqiqət,
adamın adama gözü düşəndə
əhvalı necə pərişan
olur (oxuyur). |
|
|
Gözəlim,
yar gözəlim,
Bir sözüm var gözəlim – 2
Bu yazıq yarına hərdən
Bir nəzər sal gözəlim.
Aşiq oldum sənə mən,
Etmədim lütfü-kərəm.
Bu yazıq yarına hərdən
Bir nəzər sal gözəlim. – 2
Gözəlim, yar gözəlim,
Bir sözüm var gözəlim
Bu yazıq yarına hərdən.
Bir nəzər sal gözəlim. |
¹ 16.
Rəqs.
(Gedir.
Telli içəri girir).
|
|
TELLİ: |
Yaxşı
ki, qonaq gəldi, məni ağamın
əlindən qurtardı. Yoxsa oramı
basdır, buramı basdır, oramı
ov, buramı ov! Daha həlak elədi
məni. Belə şorgöz kişi
olmaz. Nə olaydı, bir allah bəndəsi
olsa idi, mənicə alardı, canımı
qurtarardı. Amma hanı bir elə
allah bəndəsi? (Qapı
döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini yetirdi?
|
(Qapını
açır. Vəli daxil olur).
|
|