VI GƏLİŞ
Asya və Süleyman
|
SÜLEYMAN: |
Soltan bəy evdədirmi? |
ASYA: |
Bəli,
evdədir, bir qədər burada əyləşin,
gedim çağırım (gedir). |
|
SÜLEYMAN: |
Yəqin ki, Soltan
bəyin qızıdır. Amma əcəb
gözəl qızdır. Bərəkəllah,
Əsgər, görünür kişinin
ruhu vardır ki, özünə
bu cür qız seçibdir. Mən
bilsəydim ki, Soltan bəyin qızı
gözəl imiş, əvvəldən
özüm üçün alardım.
Amma yaxşıca qızdır, vallahı
çox böyük səhv eləmişəm,
gərək bu qızı mən
ala idim, halbuki indi gəlmişəm
qızı Əsgər üçün
istəyim? Yox, bu yoldaşlıq
haqqında namərdlik olar. Əsgər
mənə etibar edib, elçiliyə
göndəribdir. Özü də
qıza bənddir. Necə ola bilər
ki, onu məyus eləyim. Lənət
şeytana, adam gərək dostluğunda
düz ola. Nə eləmək. Mən
də axtararam, özümə bir
gözəl qız taparam. Xainlik
pis şeydir. |
(Soltan bəy
daxil olur).
VIII
GƏLİŞ
Süleyman
və Soltan bəy.
|
SOLTAN BƏY: |
Baho Süleyman, sən hara, bura hara? Xeyir-xəbər olasan.
Söylə görək nə var,
nə yox? |
(görüşüb
otururlar).
|
SÜLEYMAN: |
Bəy, xeyir olmamış
nə olacaq? Şükür allaha,
hər bir şey öz yerində
sazdır. |
SOLTAN BƏY: |
Çox gözəl, indi söylə daha nə var, nə
yox? |
SÜLEYMAN: |
Bəy, bilirsən, bu dünyanın işi belə gəlibdir
ki, insan insana lazım olur, adam adama
gərək olur. Görürsən
ki, əvvəlcə bir adamı
heç tanımırsan, sonra tanış
olursan, ondan sonra lap qohum olursan. Ancaq
bir iş var ki, qohum olanda gərək
elə olasan ki, sənə yaraşan
ola. Özü də varlı ola,
adlı-sanlı ola. Məsələn,
götürək bizim cavan tacir Əsgəri... |
SOLTAN BƏY: |
O kimdir? |
SÜLEYMAN: |
Bəy, sən onun özünü tanımazsan. Atasını
yaxşı tanıyarsan. Mərhum
bəzzaz Mürsəli deyirəm
ki, bir gözəl kişilərin
birisi idi. |
SOLTAN BƏY: |
Yaxşı tanıyıram, həqiqət mərhum çox
gözəl kişi idi. |
SÜLEYMAN: |
Bəli, indi Əsgər dediyim oğlan onun oğludur.
O da hər barədə atası
kimi gözəl və ağıllı
adamdır. Özünün də,
şükür allaha, yaxşı
varı, malı, alveri də çox
böyük tərəqqidədir. |
SOLTAN BƏY: |
Yaxşı, Əsgər nə deyir? |
SÜLEYMAN: |
Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir. |
SOLTAN BƏY: |
Balam, mənim qızım uşaqdır
ki? |
|