~ Çap nəşrləri ~
~ Libretto ~

 

 

 
Ü.Hacıbəyov
Arşın mal alan
klavir
audio
video

 

XI GƏLİŞ
Telli, Vəli.

VƏLİ:     Soltan bəyin evi buradır?
TELLİ:   Hə, buradır, nə işin var?
VƏLİ:  Sizdə bir nəfər qonaq varmı?
TELLİ:  Hə, var, necə?
VƏLİ:     Daha neçin acığın tutur?
TELLİ: Acığım neçin tutsun, sən kimsən?
VƏLİ:  Mən kilimçi, (kənara)  amma əcəb qızdır, yəqin qulluqçudur.
TELLİ: Kilimçi nədir?
VƏLİ:  Bir əvvəlcə de görüm, sən kimsən?
TELLİ:    Mən bu evin qulluqçusuyam.
VƏLİ:  Mən də o evin nökəriyəm.
TELLİ:  Hansı evin?
VƏLİ:  Belə o evin, o!
TELLİ:   Buy, elə bil ki, gədə dəli olubdur.
VƏLİ: Dəli nə üçün oluram, maralım?
TELLİ:  Mən maral deyiləm.
VƏLİ: Belə, məndən ötrü maralsan (oxuyur).

 

¹ 17. Vəli ilə Tellinin dueti.

klavir
audio
video
VƏLİ:   Qoy xanımı bəy aparıb
Tezliki lə toy eləsin,                                   
Sənidəcə mən alaram,
Mən də bir bəy olaram.
TELLİ:  Pulun var?
VƏLİ: Var, var.
TELLİ:  Pulun var?
VƏLİ:  Var, var.
TELLİ: Pulun var, gələrəm,
VƏLİ:  Bilirəm gələrsən.
TELLİ: Belə, belə yarımsan
VƏLİ:  Belə, belə canımsan
TELLİ:   
  Mən gedərəm ol kəsə kim
Onun pulu çox olsun,                                   
Onun pulu çox olsun.
                                   
Dərdi, qəmi az olsun
                                   
Pulun var?
VƏLİ: Var, var.
TELLİ:   Pulun var, gələrəm
VƏLİ:   Bilirəm, gələrsən
TELLİ:   Belə, belə yarımsan,
VƏLİ: Belə, belə canımsan.
(İkisi bir yerdə oynayırlar).

 




  ©Copyright by Musigi Dunyasi