|
ƏSGƏR: |
Deyirəm, vallah.
Ürək bir olur. Yazıq qız
məni xoşlayıbdır, özü
də bilmir ki, dövlətli tacirəm.
Mən də qəsdən demədim
ki, qoy axıra kimi qızı sınayım.
Çox əcəb, indi mən gedim,
bir bəhanə ilə xalamı
buraya göndərim. Baxsın görsün,
necə qız seçmişəm. |
(Gedir. Gülçöhrə
çıxıb ora-buraya baxır
və sonra oturub fikrə gedir).
|
|
GÜLÇÖHRƏ: |
Bu nə iş idi
mən elədim? Yad oğlan ilə
nələr danışdım, heç
qıza yaraşmaz... Bilmirəm haradan
gəldi çıxdı, bu arşın
malçı? Özü yaxşı,
sözü yaxşı... Heç
fikrimdən çıxmır. Ax,
necə könlüm pərişan
olub (oxuyur). |
¹ 10. Gülçöhrənin
ariyası.
|
Aşiq oldum necə
bir tazə gülü – rənayə,
– 2
Ki salıbdır
məni ol işvə ilə qövqayə
– 2
Aşiq oldum, aşiq
oldum, aşiq oldum
Necə bir tazə
güli – rənayə
Ah!Gözümün
qanı ilə sinəmi al etdim kim,
Səbəbi-sənət
ola bütü bi pərvayə, pərvayə,
pərvayə
Bu bir işdir ki,
məni iynə kimi incəldib,
Salıb iplik kimi
hərdəm bir uzun sövdayə
– 2
Aşiq oldum, aşiq
oldum, aşiq oldum
Necə bir tazə
güli – rənayə
Ah! |
(Asya və Telli səhnəyə gəlirlər).
|
|
Gülçöhrə, Asya və Telli,
Gülçöhrəyə yaxınlaşaraq
oxuyurlar.
¹ 11. Asya və Tellinin dueti.
|
ASYA: |
Nə pərişandır
halın? |
TELLİ: |
Halın? |
ASYA: |
Gülçöhrə. |
TELLİ: |
Gülçöhrə. |
ASYA: |
Gülçöhrə. |
TELLİ: |
Gülçöhrə. |
ASYA: |
Nədir bu ahi-zarın, |
TELLİ: |
Zarın, |
ASYA: |
Tez söylə |
TELLİ: |
Gülçöhrə |
ASYA: |
Tez söylə |
TELLI: |
Tez söylə |
ASYA: |
Niyə solmuş
ruxsarın, |
TELLİ: |
Sarın |
ASYA və TELLİ: |
Gülçöhrə,
tez söylə – 4
Qıza layiq olmaz kim – 2
Dərd etsin, qəm
çəksin – 2 |
ASYA: |
Nədir bu ahı-zarın, |
TELLİ: |
Zarın, |
ASYA və TELLİ: |
Gülçöhrə,
tez söylə – 4 |
Onlar Gülçöhrəni içəri aparırlar.
Əsgər Cahan xala ilə gəlir.
Cahan çarşaba bürünübdür.
|
|