ÜÇÜNCÜ
PƏRDƏ
Soltan
bəyin evi.
|
I
GƏLİŞ
Gülçöhrə
tək.
|
GÜLÇÖHRƏ (oxuyur).
¹ 14. Gülçöhrənin nəğməsi.
|
|
Bülbüli-zarəm gülü ruxsari
alindən cida;
Tutiyi laləm şəkər nisbət
məqalindən cida – 2
Der idim səbr eylərəm, olsam camalından
cida, – 2
Bilmədim dişvar imiş olmaq vüsalindən
cida, – 2
Ax!.. aman, aman, aman, aman, canım.
Aman, yarım aman;
Bilmədim dişvar imiş olmaq vüsalindən
cida, – 2
Yar gəl, yar gəl, yar gəl, yar gəl!
Əqlimi tərk eylədim fəzli kəmalından
cida.
Dönmüşəm mən müflisə
cahi cəlalından cida – 2
Tirə oldu ruzigarım zülfü xalından
cida.
Ax!.. aman, aman, aman, aman, canım aman, yarım
aman;
Oldu səhra mənzilim vəhşi qəzalindən
cida. – 2
Yar gəl, yar gəl, yar gəl, yar gəl. |
(Üzünü
örtüb ağlayır, Asya
içəri girir).
|
II
GƏLİŞ
Gülçöhrə
və Asya.
|
ASYA: |
(Gülçöhrənin
yanına gəlir). Ay Gülçöhrə! Sən allah
bir de görüm sənə nə
olub, neçə gündür pərişan
görünürsən? |
GÜLÇÖHRƏ: |
Vallah, heç özüm də bilmirəm,
yəqin naxoşlamışam. |
ASYA: |
Axı
naxoş olanın bir yeri ağrıyar,
görünür ki, sənin heç
yerin ağrımır. |
GÜLÇÖHRƏ: |
Ah, Asya, nə üçün soruşursan?
Sən allah qoy məni əldən. |
ASYA: |
Yox, Gülçöhrə,
neçə gündür ki, sən
bilmərrə dəyişibsən,
həmişə fikirdə, kefsiz,
dinməz, yəqin burda bir hikmət
var... Ay qız, bəlkə bir adama
bənd olubsan? Hə? |
GÜLÇÖHRƏ: |
Kimə bənd olacağam? |
ASYA: |
Yox, yox,
qızardın, görünür
ki, bir adama bənd olubsan, bizə
arşın malçıdan başqa
bir kəs gəlməmişdi. Yəqin
o gədəyə bənd olubsan,
hə? |
GÜLÇÖHRƏ: |
Gədə nə üçün olsun? |
ASYA: |
Aha, bildim!
Arşın malçıya gözün
düşübdür. Ay qız,
heç sənə yaraşan işdir?
Sən bəy qızı, bəy
balası, bir gədənin birinə
bənd olursan?.. Nədir, nədir,
bir qədər sir-sifəti var. Vallah,
istər lap çıraq kimi yansın,
heç bir belə də məhəl
qoymaram! O hara, mən hara?.. |
GÜLÇÖHRƏ: |
Vallah, heç özüm də başa
düşmürəm ki, bu nə
haldır?
(ağlamsınır və
əlləri ilə üzünü
örtür). |
|