ASYA: |
Sən
yekə qızsan. Elə şeyləri
başından çıxart. Sən
hara, bazarın gədəsi hara?
Barı bənd olursan, elə adama
bənd ol ki, sənə yaraşan
olsun. İkinciyə qalan yerdə,
bənd olmaq özü də qız
üçün çox pis işdir.
Bax, mən də sənin kimi bir
qızam, amma heç gör bir adama
bənd olurammı? Bir də, vallahı,
işdir, əgər atan bilsə,
yəqin bil ki, səni tikə-tikə
doğrayar. |
GÜLÇÖHRƏ: |
Qoy atam bilsin, bir kərəlik məni
öldürsün, canım qurtarsın. |
ASYA: |
Axmaqlama,
axmaqlama, gəl bəri, gedək
o biri otağa, gör sənə
nələr danışacağam...
(Asya və Gülçöhrə o biri
otağa keçirlər, Soltan bəy
gəlir). |
III GƏLİŞ
Soltan bəy tək.
|
SOLTAN
BƏY: |
Zalım oğlu arşınmalçının
xalası yaxşı girimə keçmişdi,
olmadı! Əsl mən deyən
arvad elə o idi, hallıca, dulluca,
əndamlı, bir nəfər molla,
üç manat pul və bir kəllə
qənd, şüd tamam, vəssalam.
Amma di gəl ki, məndə bəxt
yoxdur. Qudurğan oğlu qudurğan!
Bir dul xalasının əvəzində
gözəl-göyçək qızımı
istəyir. Guya mən qızımdan əl
çəkmişəm ki, bazarın
gədəsinə verəm. Mən
bir bəyəm ki, bütün tanışlarım
adımı höccələməmiş
əzbər bilir! Mən xan ilə
aş yemirəm ki, buğum yağa
batar. Bir gədənin birisi mənimlə
qohum olmaq istəyir. Amma xalasını
alardım və bir söz deyən
olsaydı, deyədim ki, bir fəqir
dul arvad idi, rəhmim gəldi, aldım;
şeytan oğlu şeytan işə
pərxaşlıq saldı, qoymadı
işimizi görək... Eh, gedək
bir az dincələk! Yenə belimin
ağrısı tutdu... (gedir, Telli çıxır). |
|
TELLİ: |
Uf, yenə ağam
getdi uzanmağa. Kişi lap zəhləmi
tökübdür. Heç bu cür
şörgöz kişi görməmişəm.
İndi yenə çağıracaqdır
ki, «Ay qız Telli, gəl üstümü
basdır». |
(Soltan bəy səhnə arxasından:
«Ay qız Telli! Gəl üstümü
basdır»).
Zəhrimar Telli, çor Telli! (Bərkdən) gəlirəm
ağa, gəlirəm.
(Gedir. Asya içəri girir).
|
|
ASYA: |
Ha öyüd, nəsihət verirəm,
olmur. Görünür ki, qız
gədəyə çox bərk
bənd olubdur. Ağlayır, ağlayır,
gözünün yaşını
dolu kimi tökür. Adamın rəhmi
gəlir. Bilmirəm hayandan gəldi
çıxdı bu arşın
malçı? Yenə bir bəy
balası ola, ya bir tacir oğlan ola,
yeri var. Halbuki bazarın gədəsi.
(Pəncərəyə
tərəf baxır).
O kimdir bizə gəlir? Buy, nə
yaxşı oğlandır. Vallah,
lap bəy balasına oxşayır.
Bax, adam bənd olanda beləsinə
bənd olar. Görəsən bizə
niyə gəlir? Xeyir xəbər
ola, gəlir, gəlir, düz bizə
gəlir. Qoy gəlsin, qaçmayacağam
(qapı döyülür, Asya qapını
açır, Süleyman içəri
girir). |
|