II GƏLİŞ
Haman adamlar və Soltan bəy.
|
SOLTAN BƏY: |
(əsnəyir): Ay qız,
Telli! Min kərə demişəm
ki, mən yatanda gəl mənim
üstümü basdır! İndi
üstü açıq yatmışam,
deyəsən belimə soyüq
dəyib (əsnəyir).
Ah, rəhmətlik Sona sağ
olaydı, qərəz, təklik
bir sənət deyil. |
GÜLÇÖHRƏ: |
Ay ata, bizə desəydin örtərdik,
bilmədik. |
SOLTAN BƏY: |
Demədim, demədim, keçibdir (əsnəyir).
Di durun gedin evə. Mən də
şəhərə çıxıram.
Evdən yaxşı muğayat
olun. Durun! (Qızlar
durub icəri gedirlər). |
III
GƏLİŞ
Soltan
bəy tək.
|
SOLTAN
BƏY: |
Eh, rəhmətlik Sona sağ olaydı. Olmur,
olmur. Təklik mənə əl
vermir. Beş ildir ki, gün-gündən
geri gedirəm. İsrağa
gün həkim Mirzə Hüseynə
deyirəm ki, oram ağrıyır,
buram ağrıyır, deyir
ki, arvad al! Hanı bir elə
arvad ki, uğruma gələ
idi, ala idim! Əlbəttə,
mənə qız verməzlər,
çünki yaşım çox,
amma pulum yox və bir də təzədən
top-tüfəng ilə evlənmək
mənə yaraşmaz. Mənimki
bir hallıca-dulluca arvaddır
ki, bir nəfər molla, üç
manat pul, bir kəllə qənd
ilə iş tamam ola. Ondan sonra
arvad başlar gecələr
buğuma həna yaxar, səhərlər
də yuyar: Yatanda da belimə
soyuq dəyməz... Qərəz,
gedək bazara, görək nə
var, nə yox (gedir.
Əsgər arxadan oxuyur). |
|
ƏSGƏR:
Arşın
mal alan,
Arşın mal alan,
Bafta, tafta, boxça hey...
(Əsgər
qoltuğunda arşin mak
və əlində arşın
səhnəyə çıxır)
|
|
ƏSGƏR: |
Tamam üç
gündür ki, qapı-qapı
dolanıb gəzirəm, amma
axtardığımı tapa
bilmirəm. Bu günü də
başa çıxardım,
görüm nə olur? Ey bəxt,
səndən mədəd (oxuyur).
Arşın
mal alan,
Arşın mal alan,
Bafta, tafta, boxça hey...
|
(Gülçöhrə,
Asya və Telli səhnəyə
çıxırlar).
|
|
|