|
ASYA: |
(Telliyə,
acıqlı). İndi biz
fəqir nə qayıraq? Bizdə
nə təqsir var ki, Gülcöhrə
bir gədəyə bənd olubdur!
Ay qız, get Gülçöhrəni
çağır bura! |
(Telli gedir).
|
XX GƏLİŞ
Asya tək. Sonra Gülçöhrə
və Telli.
|
ASYA: |
Gör,
sən allah, qızın cürətinə
bax, atasına açıb deyir ki,
arşın malçıya bənd
olmuşam. Lap xatadır bu qızın
işi. |
(Gülçöhrə
ilə Telli gəlirlər. Gülçöhrə
taxtın üstünə yıxılır).
|
¹ 19. Trio.
Asya, Telli və Gülçöhrə.
|
ASYA və
TELLİ: |
(oxuyurlar). |
|
Bəsdir,
bunca ahü-zarın,
Nəyə
lazım bunca fəryad – 2
Layiqdirmi
ola yarın
Atan ola
sənə yad. – 2 |
GÜLÇÖHRƏ: |
Arşın
mal alan,
Arşın
mal alan,
Qalmadı
ixtiyarım
Sənsən
can alan,
Odlara
salan,
Qalmadı
ixtiyarım.
Eşqin əsərin,
Çəkməzdim
nə əzab, nə cəfadan
Sevdim
səni mən,
Rəhm
eyləmədin,
Saldın
sən məni dərdə,
Ah! Yandım. |
ASYA
və TELLİ: |
Bəsdir bunca ahü-zarın,
Nəyə
lazım bunca fəryad,
Nəyə
lazım bunca fəryad, fəryad. |
|
|