XVI
GƏLİŞ
Soltan
bəy, Asya və Telli.
|
SOLTAN BƏY: |
(Hövlnak ora-bura gəzir,
Asya və Telliyə). Nə vaxt arşın
malçı buraya gəlmişdi? |
ASYA: |
(qorxa-qorxa). Vallah xəbərim yoxur. |
SOLTAN BƏY: |
Necə xəbərim yoxdur? Yalandan məndən gizlədirsiniz.
Cəhənnəm olun siz də burdan.
|
(Asya və
Telli qaçırlar)
|
XVII GƏLİŞ
Soltan bəy tək.
|
SOLTAN
BƏY: |
Əcəb başıma kələk gəldi,
itin birisi qapıma gəlib qızımı
özünə bənd eləyib.
Belə binamusluq olar? İndi başa
düşürəm ki, nə üçün
xalasının əvəzinə
qızımı istəyirmiş.
Cəhənnəm olsun, onun xalasını
da istəmədik. Qız lap dəli
kimi olubdur. Gərək tezlik ilə
ərə verim çıxıb
getsin, yoxsa sonra işdən bir xata
çıxar. Süleymanı görsəm
deyəcəyəm ki, Əsgərə
xəbər versin ki, gəlib qızı
götürüb qaçsınlar.
Yoxsa görünür ki, xoşa-xoşluqla
getməyəcək. Mənim də
hirsim tutar, vurub öldürərəm.
Ay qız Asya, Telli, bura gəlin. |
(Asya və Telli daxil olurlar)
|
XVIII GƏLİŞ
Soltan bəy, Asya və Telli.
|
SOLTAN
BƏY: |
Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə
öyüd-nəsihət edərsiniz,
onu başa salarsınız. Yoxsa
vallah, allaha and olsun hamınızı
qıraram
(gedir). |
|