Qoy xanımı
bəy aparıb
Tezlikilə toy eləsin
İ k i s i
b i r y e r d ə
|
VƏLİ: |
Sənidəcə
mən alaram |
TELLİ: |
Mənidəcə sən alarsan |
VƏLİ: |
Mən də bir bəy
olaram |
TELLİ: |
Sən də bir bəy
olarsan.
Pulun var? |
VƏLİ: |
Var, var. |
TELLİ: |
Pulun var, gələrəm. |
VƏLİ: |
Bilirəm, gələrsən. |
TELLİ: |
Belə, belə yarımsan, |
VƏLİ: |
Belə, belə canımsan. |
TELLİ: |
Tez ol sözünü
de görüm, nə istəyirsən? |
VƏLİ: |
Səni istəyirəm,
səni, bildin? |
TELLİ: |
Buy, əcəb işə düşdüm. |
VƏLİ: |
Gözümün işığı,
get o qonağa de ki, bir qapıya çıxsın,
sözüm var. |
(Telli
gedir)
|
XII GƏLİŞ
Vəli
tək.
|
VƏLİ: |
Yeri maralım, yeri, yeri ceyranım, yeri! Əcəb qızdır,
vallah, qoy ağam qızı alsın,
mən də bunu alaram. İkimizin
də toyu bir gündə olar. |
(Süleyman
və Soltan bəy çıxırlar)
|
XIII
GƏLİŞ
Vəli,
Soltan bəy, Süleyman.
|
SÜLEYMAN: |
Hə, Vəli, sənsən! Bildim nə üçün
gəlibsən. Gəl gedək (Soltan
bəyə). Hələlik xudahafiz. |
SOLTAN BƏY: |
Xudahafiz, salamat ol (gedirlər). |
XIV
GƏLİŞ
Soltan
bəy tək.
|
SOLTAN BƏY: |
(Üzünü o yankı
otağa tutub çağırır). Ay qız
Telli, Gülçöhrəni, Asyanı
bura çağır, gəlsin.
Qıza da deyim görüm nə
olur? Bəli, dünyanın işi
belədir, bir vaxt var idi, biz də
cavan idik... İndi... (Gülçöhrə, Asya, Telli içəri
girirlər). |
|