XV
GƏLİŞ
Soltan bəy, Gülçöhrə,
Asya, Telli.
|
SOLTAN
BƏY: |
Hə, oturun görüm. Ay qız, Gülçöhrə,
nə üçün belə bikef
görünürsən? Nə olub
ki, naxoş deyilsən ki? |
GÜLÇÖHRƏ: |
Xeyir ata, yaxşıyam. |
SOLTAN
BƏY: |
Çox gözəl. Qızım, bilirsən
nə var? |
GÜLÇÖHRƏ: |
Xeyr ata! |
SOLTAN
BƏY: |
Bəs elə isə bil! Səni ərə
verirəm. |
ASYA: |
(heyfsilənərək,
kənara). Heyf, oğlan
əlimdən çıxdı. |
GÜLÇÖHRƏ: |
Ay ata, mənim
nə vaxtımdır ki, ərə
gedim? |
SOLTAN
BƏY: |
Lap yaxşı vaxtındır. Uşaq ki,
deyilsən? Hər şeyi bilirsən,
anlayırsan. Səni bir tacir oğlana
verirəm ki, həmi cavan, həmi
pullu, həmi mallı. |
GÜLÇÖHRƏ: |
Ata, acığın tutmasın. Mən
ərə gedən deyiləm. |
SOLTAN
BƏY: |
(mülayim).
Bax, axmaqlama! Mən elçiyə
söz verdim getdi. |
ASYA: |
Allaha
şükür, gələn oğlan
elçiymiş! |
GÜLÇÖHRƏ: |
Yox ata,
mən ərə getmək istəmirəm. |
SOLTAN
BƏY: |
Yaxşı, yaxşı, naz eləmə,
bilirəm ürəyində sevinirsən. |
GÜLÇÖHRƏ: |
Yox ata,
doğru sözümdür, mən
ərə getmək istəmirəm.
İstəyirsən vur məni öldür,
ərə vermə! |
SOLTAN
BƏY: |
Deyəsən sən doğrudan danışırsan.
Bu nə axmaq sözdür? Necə
yəni ərə getmək istəmirəm?
Evdə qalıb qocalıb qarımayacaqsan
ki? |
GÜLÇÖHRƏ: |
(ağlayır).
Mən ərə getmək
istəmirəm. |
SOLTAN
BƏY: |
(bərkdən).
Sən allah, qudurğan olma! Sənin
nə haqqın var söz danışmağa?
Atan səni ərə verir, sənin borcun
itaət etməkdir. |
ASYA: |
Əlbəttə,
Gülçöhrə, atan nə
deyir, sən ona qulaq as! İndi ki,
səni ərə verirlər, sənin
borcun getməkdir. Daha burda artıq
çək-çevir olmaz ki? |
GÜLÇÖHRƏ: |
Qoy atam
məni öldürsün, amma ərə
verməsin. |
ASYA: |
Axı
sənin danışmağa nə
haqqın var? |
SOLTAN
BƏY: |
Sənə deyirəm ki, axmaq olma. Mən səni
elə adama ərə verirəm
ki, daha eləsini tapmazsan. Sən
nə fikirdəsən? |
GÜLÇÖHRƏ: |
Sən
o adama Asyanı ver. Qoy mən evdə
qız qalım. |
SOLTAN
BƏY: |
Nə boş-boş danışırsan? Asyanı
istəyən olsa onu da ərə
verəcəyəm. İndi səni
istəyirlər, gərək səni
verəm. |
ASYA: |
Əlbəttə,
elədir. |
GÜLÇÖHRƏ: |
Mən
ərə getmək istəmirəm. |
SOLTAN
BƏY: |
(acıqlı).
Sənin borcun deyildir. Ağzın
nədir getməyəsən? Atan
sənə buyurur get, get, çox
o yan bu yan elərsən, tutub qulağından
mıxlaram divara. (Gülçöhrə
ağlayır. Soltan bəy acıqlı
ora-bura gəzinir, bir azdan sonra mülayimliklə)
Qızım, sən elə bilirsən
ki, mən səni pis adama verirəm?
Sən onu yəqin bil ki, bir oğlana
gedəcəksən ki, padşah
balası kimi. Özü cavan tacir,
pulu çox , dövləti çox!
Mən dəli deyiləm ki, səni
pis adama ərə verim? Sən mənim
gözümün işığı,
tək qızımsan. Mən səni
bədbəxt edərəmmi? (tutub
qızın əlindən öpür)
Sən qoca atanın sözünə
qulaq as, dəlilik eləmə! |