ƏSGƏR: |
Balam,
necə bildin? |
SÜLEYMAN: |
Ağzını
açan kimi! Onu bilməyə
nə var ki... (Cahana)
Belədir, belə deyil,
xala? |
CAHAN: |
Qadan alım,
əlbəttə belədir. |
SÜLEYMAN: |
(Vəliyə).
Belədir, belə deyil, Vəli? |
VƏLİ: |
Bəy,
doğru buyurursan. |
SÜLEYMAN |
(Əsgərə):
İndi bildin başdan ayağa
qədər ağıllıyam? |
ƏSGƏR: |
Bir azca
qalıbdır, hərgah bir
işi də bilsən, onda imanım
kamil olar. |
SÜLEYMAN: |
Bir-bir
söylə, qulaq asaq. |
ƏSGƏR: |
Yaxşı,
ağıllı oğlan! Bəs
mən qızı harda görüm
və nə sayaq eyləyim ki,
heç olmasa bir balaca bələd
olum. |
SÜLEYMAN: |
Ondan asan
nə var ki? Paltarını
dəyiş, köhnəsini
gey, qoltuğuna bir top çit-mit
nə varsa vur. Əlinə də
bir arşın al, ondan sonra
düş qapı-qapı gəz
və arşın malı sat!
Bu halda gördüyün qızların
birini seç, sonra lələşini
göndər, gedim elçilik
eləyim, vəssalam. |
ƏSGƏR |
(sevinir):
Əcəb fikirdir, vallah! |
CAHAN: |
Qadan alım,
əlbəttə yaxşı
fikirdir. |
SÜLEYMAN: |
Ayrı
cürə əlbəttə
yoxdur. (Cahana)
Belədir, belə deyil, xala? |
CAHAN: |
Qadan alım,
əlbəttə, elədir. |
SÜLEYMAN: |
Belədir,
belə deyil, Vəli? |
VƏLİ: |
Bəy,
doğru buyurursan. |
SÜLEYMAN |
(Əsgərə): İndi gördün
ağıllıyam? |
ƏSGƏR: |
Ağıllısan,
qardaş, ağıllısan.
Vallah, sən deyən kimi edəcəyəm. |
CAHAN: |
Ay Süleyman!
Sən niyə özünü
qocaldıb, evlənmirsən? |
SÜLEYMAN: |
Mən
də evlənərəm, xala.
O fikirdən mənim də başımda
var. Hələ indi əvvəlcə
Əsgəri evləndirək,
görünür ki, bu çox
tələsir, sonra mən də
evlənərəm. Yaxşı,
xala, bəs sənin fikrin nədir? |
CAHAN: |
Heç
nə, qadan alım, nə olacaqdır
ki? |
SÜLEYMAN: |
Yox, xala,
bəsdir bu qədər dul qaldın.
Qoy səni də bir allah bəndəsinə
verək. Canımıza dua eləsin. |
CAHAN: |
(utanaraq):
Buy, qadan alım, mənim
nə ərə getmək vaxtımdır
ki? |
SÜLEYMAN: |
Necə?
Çox balacasan? Əlbəttə,
vaxtındır. Bedədir, belə
deyil, a camaat? Əlbəttə,
belədir (Vəliyə)
Balam, Vəli, sən də
hazırlaş ha! (Vəli
utanır, başını aşağı
dikir).
Hə, Əsgər, fikrə
gedibsən? |
ƏSGƏR: |
Vallah,
sabahdan arşın malı satan
olacağam. |
SÜLEYMAN: |
Əcəb eyləyəcəksən.
Allah səni də tez muradına
yetirsin, bizi də. Belədir,
belə deyil, xala? |
CAHAN: |
Qadan alım,
əlbəttə, elədir. |
SÜLEYMAN: |
Belədir,
belə deyil, Vəli? |
VƏLİ: |
Bəy,
doğru buyurursan. |
SÜLEYMAN: |
Bəs
indi ki, belə oldu, qulaq asın. |
|
|