XIV
GƏLİŞ
Soltan bəy və Cahan.
|
SOLTAN BƏY: |
(təəccüblə). Baho! Yoxsa məni qara basır? Yox,
deyəsən diri gözlü arvaddır.
Özü də bizdən çıxdı.
Deyəsən allah mənimkini yetirdi.
(Cahana).
Ay
bacı, kimsən, bizdə nə
işin var idi? |
CAHAN: |
Arşin malı aparmışdım,
qızlara göstərim. |
SOLTAN BƏY: |
Arvad olmağına
arvaddır, ancaq üzünü
görsəm pis olmaz. (Ona) Yaxşı, bacı, birdən çarşaba
bürünmüş kişi olmayasan? |
CAHAN: |
Buy, ay qardaş, nə
danışırsan? |
SOLTAN BƏY: |
Bəs elə isə
bir balaca üzünü mənə
göstər ki, yəqinlik hasil olsun. |
CAHAN: |
(yavaş-yavaş üzünü
açır).
Gördün ki, arvadam? |
SOLTAN BƏY: |
Hə, gördüm
(kənara) arvadsan,
özü də lap mən deyənindən
(ona), di yaxşı, bir
məni başa sal görüm, sən
kimsən, nəçisən və
kimin adamısan? |
CAHAN: |
Mən arşın
malçının xalasıyam və
özüm də qızlara, arvadlara
mal satıram. |
SOLTAN BƏY: |
Yaxşı, axı,
bir demədin ki, görək kimin
adamısan? |
CAHAN: |
Dəllal Kərbəlayı
Nəsirin külfətiyəm. Bəlkə
tanıyırsan? |
SOLTAN BƏY: |
Xeyir, tanımıram.
Mənim dəllal-məllal ilə
işim olmaz. Deməli, sənin kişin
dəllallıq edir. Özün də
arşın malı satırsan? |
CAHAN: |
Bəli, kişim dəllallıq eləyərdi. |
SOLTAN BƏY: |
Eləyərdi? Bəs
indi nə iş görür? |
CAHAN: |
İndi allah bilir ki, nə iş görür. Rəhmətlik
on iki ildir ki, ölübdür. |
SOLTAN BƏY: |
(sevinir).
Ölübdür? Deməli, sən
dulsan? |
CAHAN: |
Bəli, dulam. |
SOLTAN BƏY: |
Belə de. (Öskürür və
özünü düzəldir) Deyirsən ki, ərin ölüb,
dul qalıbsan?.. Çox əcəb,
indi bəs biz neyləyək? |
CAHAN: |
(təəccüblə). Nəyi neyləyək? |
SOLTAN BƏY: |
Yox, belə
onu deyirəm ki, mənim də arvadım
düz beş ildir ki, məhrum olubdur.
Belə olmaq çox pis şeydir.
Adam tək qalır, bilmir ki, nə
etsin. (Kənara)
Yaxşıca əlimə düşübdür.
Heç buraxmaq lazım deyil. (Cahan istəyir getsin
Soltan bəy tez qabaqlayır)
Əşi bir dayan, hara tələsirsən? |
CAHAN: |
Tələsirəm,
işim var. |
SOLTAN BƏY: |
Daha bundan gözəl
iş nə ola bilər? Yaxşıca
söhbət edirik. Sən dul, mən
dul, gəl dərdləşək
də. Yaxşı, indi sən deyirsən
ki, dulsan, hə? |